×

Xəbərlər

Xəbərlər 22 Apr 2026
ADNSU tələbələri beynəlxalq hakatonda birinci yerə layiq görülüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrindən ibarət “HelioSight” komandası Qazaxıstanın Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti tərəfindən təşkil olunan “Dayanıqlı Gələcək üçün İnnovasiyalar” adlı beynəlxalq hakatonda birinci yeri qazanıb.

Müxtəlif ölkələrdən iştirakçıların qatıldığı müsabiqədə ADNSU tələbələrindən ibarət komanda dayanıqlı enerji sahəsində innovativ yanaşması ilə seçilərək münsiflər heyətinin ən yüksək qiymətini alıb.

Layihə çərçivəsində komanda bərpa olunan enerji və süni intellekt texnologiyalarının birgə tətbiqi ilə enerji səmərəliliyinin artırılmasına yönəlmiş həll təqdim edib. Təqdim olunan layihə ideyası həm texniki baxımdan, həm də praktiki tətbiq imkanlarına görə xüsusi fərqlənib.

Komandanın tərkibində ADNSU tələbələri – Məhəmməd Qasımov, Fərhad Zamanov və Elmira Kərimova yer alıb. 

Qeyd edək ki, bu uğur tələbələrin beynəlxalq mühitdə qazandıqları bilik və təcrübənin nəticəsi olmaqla yanaşı, universitetin innovasiya və texnologiya sahəsində hazırladığı kadr potensialının da göstəricisidir.


Paylaş