×

Xəbərlər

Xəbərlər 23 Apr 2026
ADNSU tələbələri Şahmərdan Yesenov Universitetində qısamüddətli təcrübə keçəcəklər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İT və idarəetmə, Qaz-neft-mədən fakültələrinin, həmçinin SABAH qruplarının bir qrup magistr tələbəsi 2025–2026-cı tədris ilinin yaz semestrində Qazaxıstan Respublikasının Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetində mübadilə proqramı çərçivəsində qısamüddətli təcrübə keçmək imkanı qazanıb.

Mübadilə proqramı tələbələrə beynəlxalq akademik mühitdə təhsil almaq, tədqiqat aparmaq, ixtisas sahələri üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetini beynəlxalq səviyyədə layiqincə təmsil etmək imkanı yaradır.

Qeyd edək ki, bu kimi proqramlar tələbələrin akademik və peşəkar inkişafına töhfə verməklə yanaşı, universitetlərarası əməkdaşlığın genişlənməsinə, beynəlxalq təcrübə mübadiləsinin güclənməsinə və tələbələrin fərqli təhsil mühitləri ilə yaxından tanış olmasına şərait yaradır.


Paylaş