Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 may 2026-cı il tarixində “Kompüterlər Molekulları Necə Anlayır: Kemoinformatikaya Giriş” mövzusunda seminar təşkil olunacaq.
Seminarın əsas məqsədi sürətlə inkişaf edən kimyəvi məlumatların təhlilində müasir yanaşmaları təqdim etmək, kemoinformatikanın əsas prinsiplərini iştirakçılara izah etmək və molekulyar xassələrin hesablanması, təhlili və proqnozlaşdırılması sahəsində tətbiq olunan metodlarla tanışlıq yaratmaqdır. Tədbirdə molekulların riyazi obyektlər, qraflar və deskriptorlar şəklində təqdim olunması kimi aktual məsələlərə xüsusi diqqət yetiriləcək.
Seminarın məruzəçisi ADNSU-nun Kemoinformatika və Hesablama Kimyası qrupunun direktoru, kemoinformatika üzrə tədqiqatçı Fərəh Əsgərxanovadır. O, kimya mühəndisliyi üzrə bakalavr təhsilini UFAZ-da almış, magistratura təhsilini UFAZ və Strasburq Universitetində davam etdirmiş, daha sonra isə Strasburq Universitetində kemoinformatika üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnmişdir. Onun elmi fəaliyyət istiqamətlərinə QSPR/QSAR modelləşdirilməsi, kimyəvi fəza analizi və molekulyar deskriptorlar daxildir.
Qeydiyyat üçün: https://forms.gle/w47N6ZX8jcqFk2oC6