22-23 aprel tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələrinin Elm və Təhsil Nazirliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə təşkil olunan görüşləri davam edir.
ADNSU nümayəndələri bu dəfə 47 və 53 nömrəli tam orta məktəblərdə universitetin tanıtımına həsr olunan görüşlər keçiriblər.
Görüşlər zamanı ADNSU haqqında tanıtım videosu nümayiş olunub. Daha sonra universitetin imkanları, ikili diplom proqramları, beynəlxalq əlaqələri, ixtisaslar və tələbə həyatı barədə iştirakçılara ətraflı məlumat verilib.
ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşlərdə şöbənin müdiri Rəna Cəbrayılova, həmin şöbənin baş mütəxəssisi Səid İsgəndərov, Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev, dekan müavini Gülayə Məmmədova, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin baş mütəxəssisi Günel Tağıyeva, Sənaye məhsulları kafedrasının dosenti Sevinc Abbasova, həmçinin Materialşünaslıq və emal texnologiyaları kafedrasının dosenti Aynur Şərifova çıxış ediblər.
Onlar şagirdlərə universitetin təhsil imkanları, fakültələr və gələcək perspektivlər barədə məlumat verərək sualları cavablandırıblar.