×

Xəbərlər

Xəbərlər 24 Apr 2026
Deep Tech inkubasiya proqramı çərçivəsində “İntellektual mülkiyyət və əqli mülkiyyət strategiyası” mövzusunda növbəti təlim keçirilib

Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən Deep Tech inkubasiya proqramı çərçivəsində “İntellektual mülkiyyət və əqli Mülkiyyət strategiyası” mövzusunda təlim uğurla baş tutub. Təlim Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının texnologiyaların transferi üzrə baş mütəxəssisi Bünyamin Seyidov tərəfindən keçirilib.
Sessiya zamanı iştirakçılara intellektual mülkiyyət anlayışı, patent, müəllif hüquqları, ticarət nişanları, texnologiyaların qorunması yolları, həmçinin startaplar üçün düzgün əqli mülkiyyət strategiyasının qurulması barədə ətraflı məlumat verilib. Təlim çərçivəsində innovativ ideyaların hüquqi qorunması, texnologiyaların kommersiyalaşdırılması və bazarda rəqabət üstünlüyünün formalaşdırılması istiqamətində vacib məqamlar iştirakçılarla bölüşülüb.
Eyni zamanda, real nümunələr əsasında praktik yanaşmalar təqdim olunub, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında faydalı müzakirələr aparılıb.
Deep Tech proqramı çərçivəsində təşkil olunan bu kimi təlimlər iştirakçıların texnologiya yönümlü biznes biliklərinin artırılmasına, innovativ layihələrinin inkişafına və bazara daha hazırlıqlı çıxmasına mühüm töhfə verir.


Paylaş