×

Xəbərlər

Xəbərlər 25 Apr 2026
Süni intellektin müasir iş mühitinə təsiri, yaratdığı risk və imkanlarla bağlı təlim keçirilib

ADNSU-da IDDA Alumni Community çərçivəsində növbəti şəbəkələşmə tədbiri keçirilib. Tədbirin ilkin hissəsində iştirakçılara icma daxilində mövcud imkanlar və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Daha sonra ADNSU-nun Startap və texnologiya transferi şöbəsinin müdiri Əhməd Əhmədzadə Azərbaycan İnnovasiya Mərkəzində həyata keçirilən layihələr və mövcud imkanlar haqqında təqdimatla çıxış edib.
Tədbirdə Süni intellekt mütəxəssisi Ümid Salay “Süni intellekt səni əvəz edəcək, yoxsa gücləndirəcək?” mövzusunda çıxış edərək süni intellektin müasir iş mühitinə təsiri, yaratdığı risk və imkanlar, eləcə də fərdlərin mövcud bacarıqlarını necə inkişaf etdirə biləcəyi barədə fikirlərini bölüşüb.
İnteraktiv müzakirələr zamanı iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıblar və onların sualları cavablandırılıb.


Paylaş