Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Elmi Cəmiyyəti və AIESEC klubunun birgə təşkilatçılığı ilə xaricdə təhsil imkanlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə dövlət proqramları və xarici universitetlərin təqaüd imkanları, müraciət prosesi, tələb olunan sənədlər və seçim zamanı nəzərə alınmalı əsas məqamlar barədə ətraflı məlumat verilib. Spikerlər şəxsi təcrübələrini bölüşərək iştirakçılara praktik tövsiyələr təqdim ediblər.
Tədbirin qonaqlarından olan ADNSU məzunu və Dövlət Proqramı iştirakçısı Aygün Səmədli də öz təhsil yolunu və qazandığı təcrübələri tələbələrlə bölüşüb. O, Dövlət Proqramına qəbul prosesi, İngiltərədə təhsil imkanları, həmçinin proqramın şəxsi və karyera inkişafına təsiri barədə ətraflı məlumat verib.
Görüş çərçivəsində iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Aygün Səmədli Dövlət Proqramı çərçivəsində İngiltərənin “King’s College London” universitetində təhsil menecmenti ixtisası üzrə magistr dərəcəsi alıb. O, bundan əvvəl isə ADNSU-da MBA proqramınından məzun olub.