Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qaz-neft mədən fakültəsinin (QNMF) Neft-qaz mühəndisliyi kafedrasının dosenti, Dr. Qriqoriy Penkov Qazaxıstanın Almatı şəhərində Qazax-Britaniya Texniki Universitetinin ev sahibliyi ilə keçirilən II Beynəlxalq Enerji və Layların Neftverməsinin Artırılması konfransında (ICEEOR-2026) iştirak edib.
Konfrans çərçivəsində Dr. Q.Penkov komanda işi kimi “Kirmaky və Pre-Kirmaky qumdaşlarının CO₂ inyeksiyası və saxlanması üçün rezervuar süxur sabitliyinin eksperimental tədqiqi” mövzusunda elmi tədqiqat işini təqdim edərək əsas məruzəçi qismində çıxış edib. Tədqiqatda yeraltı süxurların karbon qazının təhlükəsiz şəkildə saxlanması üçün dayanıqlılığı araşdırılıb.
Qeyd edək ki, tədqiqat işi Patrick Baud, Sərvar Məmmədov, Günay Muradova, Gülgün Məmmədzadə və Fatma Ağayevanın birgə səyləri töhfələri nəticəsində həyata keçirilib. Tədbir enerji sahəsində mövcud çağırışların, lay mühəndisliyi və neftvermənin artırılması istiqamətində aktual məsələlərin müzakirəsi üçün mühüm platforma olub.