×

Xəbərlər

Xəbərlər 27 Apr 2026
ADNSU-da “Ünsiyyət və münasibətlər” mövzusunda növbəti qonaq mühazirə keçirilib

Aprelin 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin (İMF) “Menecment” kafedrasında “Universitetlə iş dünyası arasında qarşılıqlı təcrübi-tədris yolu ilə biliklərin təkmilləşdirilməsi” layihəsi çərçivəsində növbəti qonaq mühazirə təşkil olunub.

Dərsdə qonaq mütəxəssis Fidan Nizamova “Menecment” fənni üzrə “Ünsiyyət və münasibətlər” mövzusunda mühazirə ilə çıxış edib. 

Mühazirə zamanı rəqəmsallaşmanın təsiri ilə psixologiya sahəsində baş verən dəyişikliklər, ənənəvi yanaşmalardan rəqəmsal platformalara keçid və bu proseslərin fərdlərin psixi sağlamlığına təsiri geniş şəkildə təhlil olunub. Qeyd edilib ki, müasir dövrdə psixologiya menecmentin mühüm alətlərindən birinə çevrilərək effektiv ünsiyyətin qurulması, əməkdaşlararası münasibətlərin idarə olunması və liderlik bacarıqlarının inkişafında əhəmiyyətli rol oynayır.

Bununla yanaşı, tələbələrə əmək bazarının tələbləri, rəqabət mühiti və uğurlu karyera üçün zəruri bacarıqlar barədə ətraflı məlumat verilib.

Dərsdə kafedra müdiri professor Qəzənfər Süleymanov, kafedranın əməkdaşı Türkan Şeydai və fənn müəllimi Mehriban İmranova da iştirak ediblər.

Qeyd edək ki, bu kimi qonaq mühazirələr tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla zənginləşdirilməsinə və onların gələcək karyera inkişafına mühüm töhfə verir.


Paylaş