Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SABAH.HUB tərəfindən həyata keçirilən yeni rəqəmsal inkubasiya proqramının başlanğıc görüşü baş tutub.
Görüş zamanı “SABAH.academy”in rəhbəri Aminə Məlikova, “SABAH.lab”in rəhbəri Rafiq Alverdiyev və digər SABAH.HUB əməkdaşları proqram iştirakçılarına layihənin məqsədi, mərhələləri və qarşıda duran imkanlar barədə ətraflı məlumat verib, eyni zamanda iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, 13 həftə davam edəcək proqram çərçivəsində tələbələr startap komandaları formalaşdıraraq innovativ ideyaları üzərində işləyəcək, mentor dəstəyi alacaq və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.
Bu təşəbbüs universitet tələbələrinin innovasiya ekosisteminə inteqrasiyası və gələcəyin uğurlu startaplarının formalaşdırılması istiqamətində mühüm addımlardan biridir.