×

Xəbərlər

Xəbərlər 27 Apr 2026
ADNSU-da tələbələr üçün keyfiyyət təminatı üzrə kursa start verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetida (ADNSU) tələbələrin peşəkar inkişafına yönəlmiş növbəti təşəbbüs həyata keçirilib. Belə ki, universitetin Rəqəmsal inkişaf şöbəsinin təşkilatçılığı ilə 3 ay davam edəcək QA kursu start götürüb.

Kursun əsas məqsədi iştirakçılara proqram təminatının keyfiyyətə nəzarət sahəsində nəzəri biliklər qazandırmaqla yanaşı, praktiki bacarıqlarını inkişaf etdirməkdir. Təlim çərçivəsində tələbələr test prosesləri, proqram təminatının yoxlanılması üsulları, səhvlərin aşkarlanması və sənədləşdirilməsi kimi mühüm istiqamətlər üzrə biliklər əldə edəcəklər.

Kursun ilk seminarı təlimçi Səidə Zəkizadə tərəfindən keçirilib. Seminar zamanı iştirakçılara QA sahəsinin əsasları, bu istiqamətdə karyera imkanları və müasir texnologiyalar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, təlim müddətində iştirakçılar real layihələr üzərində işləmək, komanda şəraitində təcrübə toplamaq və sahə üzrə peşəkar mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq imkanı əldə edəcəklər. Bu isə onların gələcək karyeralarında uğur qazanmasına mühüm töhfə verəcək.


Paylaş