×

Xəbərlər

Xəbərlər 09 Jan 2018
ADNSU tələbələrinin istehsalat təcrübəsi keçməsi imkanları genişlənir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrası tələbələrin istehsalat təcrübəsi keçə biləcəyi şirkətlərlə əməkdaşlığı genişlənidirib. 2017-ci ildə keçirilən görüşlərin nəticəsində kafedranın əməkdaşlıq etdiyi şirkətlərin sırasına “Metak” şirkəti, “FAB boyası və Kimya sənayesi” MMC, “Etilen polietilen” zavodu, “SOCAR Methanol” MMC, “Rəmzi-S” MMC, “El-Plastik” MMC kimi şirkətlər də daxil olub.

“Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, professor Fariz Əmirovun və kafedra əməkdaşlarının keçirdiyi görüşlərdə tələbələrin istehsalat təcrübəsi keçmələrinə dair razılıq əldə olunub, eləcə də ADNSU-da gerçəkləşdirilən gündəlik təcrübə layihəsi ilə əlaqədar əməkdaşlıq olunması ətrafında müzakirələr aparılıb.

Bundan əlavə, “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının əməkdaşlarının bu müəssisələrdə elmi-tədqiqat işlərinə cəlb olunması, tələbələrə verilən buraxılış işlərinin, magistr dissertasiyalarının müəssisələrlə uyğunlaşdırılması və başqa məsələlər də müzakirə olunub.


Paylaş