×

Xəbərlər

Xəbərlər 28 Apr 2026
ADNSU-da “Elsevier” şirkətinin eksperti Saide Sak tərəfindən Scopus və ScienceDirect platformalarına həsr olunmuş təlim keçiriləcək

30 aprel 2026-cı il tarixində saat 14:30-da 250 nömrəli otaqda “Elsevier” şirkətinin eksperti Saide Sak tərəfindən Scopus və ScienceDirect platformalarına həsr olunmuş təlimin keçirilməsi nəzərdə tutulur. Təlim ingilis və türk dillərində təşkil olunacaqdır.

Təlim çərçivəsində iştirakçılara elmi yeniliklərdən xəbərdar olmaq üçün effektiv ədəbiyyat axtarışı üsulları, tədqiqat nəticələrinin dərc olunması üçün uyğun elmi jurnalların müəyyən edilməsi, potensial elmi əməkdaşların tapılması imkanları, eləcə də tədqiqat fəaliyyətinin qiymətləndirilməsi göstəriciləri barədə ətraflı məlumat veriləcəkdir.

Təlimçi Saide Sak elmi nəşriyyat və informasiya təhlili sahəsində on ildən artıq təcrübəyə malikdir və hazırda “Elsevier” şirkətində müştəri tədqiqatı və analiz üzrə müşavir kimi fəaliyyət göstərir. O, sosial elmlər üzrə bakalavr, beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsinə malikdir. 2017-ci ildən etibarən “Elsevier” komandasında fəaliyyət göstərən mütəxəssis indiyədək tədqiqatçılar və alimlər üçün 300-dən çox təlim keçirmişdir.

Qeydiyyat linki :  https://forms.gle/GPRYiNRc8ua7HJnw5


Paylaş