×

Xəbərlər

Xəbərlər 29 Apr 2026
ADNSU-da “Təhlükəsizlik monitorinqinə giriş” mövzusunda seminar keçirilib

Aprelin 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rəqəmsal İnkişaf Şöbəsinin təşkilatçılığı ilə “Təhlükəsizlik monitorinqinə giriş” mövzusunda seminar təşkil olunub. 

Seminarın əsas məqsədi tələbələrə informasiya təhlükəsizliyi sahəsində monitorinq prosesləri, təhlükəsizlik əməliyyat mərkəzlərinin fəaliyyəti və müasir kibertəhlükələrin aşkarlanması ilə bağlı ilkin biliklərin verilməsi olub.

Seminar “Azəricard” MMC-nin Təhlükəsizlik Əməliyyatları Mərkəzində monitorinq mütəxəssisi Səbinə Cəfərzadə tərəfindən aparılıb. O, çıxışı zamanı təhlükəsizlik monitorinqinin əsas prinsipləri, real vaxt rejimində təhlükələrin izlənilməsi, insidentlərin aşkarlanması və onlara operativ reaksiya mexanizmləri barədə ətraflı məlumat verib, tələbələrin mövzu ilə bağlı suallarını cavabalandırıb. 


Paylaş