×

Xəbərlər

Xəbərlər 30 Apr 2026
ADNSU “Yaşıl dünyanı yarat - 2” hakatonunda təmsil olunub

Bakı şəhərində “ASAN xidmət” və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünyanı yarat - 2” rəqəmsal həllər hakatonu keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri də iştirak edərək universiteti MindHub komandası ilə təmsil ediblər. Komanda hakatonda “AquaLoop” adlı süni zəka inteqrasiyalı “smart” su sayğacı layihəsi ilə çıxış edib və 5-ci yerə layiq görülüb.

MindHUB komandasını layihə rəhbəri Elvin Hacızadə, qurğu mühəndisi Yunis Qədirov, Pilot layihələr üzrə məsul şəxs Qönçə İmanova və süni zəka mühəndisi Nemət Zərbiyev təmsil ediblər.

Layihənin əsas məqsədi su israfının qarşısını almaq, sızmaları real vaxtda müəyyən etmək və su ehtiyatlarının daha səmərəli idarə olunmasına töhfə verməkdir.


Paylaş