Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsinin bir qrup magistr tələbəsi 2025–2026-cı tədris ilinin yaz semestrində Qazaxıstanda yerləşən Akademik E. Ə. Buketov adına Karaqanda Dövlət Universitetində mübadilə proqramı çərçivəsində iki həftəlik qısamüddətli təcrübəyə başlayıblar.
Proqram tələbələrə beynəlxalq akademik mühitdə təcrübə qazanmaq, tədqiqat fəaliyyətində iştirak etmək, ixtisasları üzrə nəzəri və praktiki biliklərini inkişaf etdirmək imkanı yaradır. Eyni zamanda, bu təşəbbüs tələbələrin qlobal baxışlarının genişlənməsinə və ADNSU-nun beynəlxalq akademik əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.