×

Xəbərlər

Xəbərlər 01 May 2026
ADNSU nümayəndələri tərəfindən məktəblilərlə görüşlər davam edir

Elm və Təhsil Nazirliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təşkil olunan görüşlər çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələrinin ümumtəhsil müəssisələrində təşkil olunan maarifləndirici görüşləri davam edir. Növbəti görüşlər çərçivəsində universitet nümayəndələri 62 və 214 saylı məktəblərdə şagirdlərlə görüşüb, universitetin  təhsil imkanları barədə onlara ətraflı məlumat veriblər.

Görüş zamanı iştirakçılara universitetin tanıtım videosu təqdim olunub. Daha sonra verilib.

Tədbirdə ADNSU rektorunun Sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin (İTİF) dekan müavini Rəşad Tağıyev, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin baş mütəxəssisi Günel Tağıyeva, Təhsilalanlarla iş şöbəsinin əməkdaşı Aytəm Əsədova həmçinin  Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati işlər üzrə sədr müavini Qurban Kələşov universitetin təhsil imkanları, ixtisaslar, fakültələr, beynəlxalq əlaqələr, ikili diplom proqramları və tələbə həyatı haqqında geniş məlumat məlumat verib. 

Çıxışçılar şagirdlərə universitetin təqdim etdiyi imkanlardan, təhsil prosesindən və gələcək karyera perspektivlərindən bəhs edərək onların suallarını cavablandırıblar.

Sonda şagirdlərlə interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb və iştirakçılara xatirə hədiyyələri təqdim olunub


Paylaş