×

Xəbərlər

Xəbərlər 02 May 2026
İdman yarışlarının qalibi olan ADNSU tələbələri diplom, medal və kubokla təltif olunublar

Mayın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Yarışlarda fərqlənən tələbələr diplom, medal və kubokla təltif olunublar, həmçinin onlara dəyərli hədiyyələr təqdim edilib.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev çıxış edərək qalibləri təbrik edib, onların uğurlarını yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.


Paylaş