×

Xəbərlər

Xəbərlər 04 May 2026
ADNSU-da keçirilən “Davamlı şəhər həlləri hakatonu” çərçivəsində iştirakçılar üçün mentorluq sessiyaları təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Davamlı şəhər həlləri hakatonu” çərçivəsində mentorluq sessiyaları uğurla həyata keçirilib. ADNSU-nun Startap və Texnologiya Transfer Ofisi (TTO) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən hakatonda iştirak edən komandalar ideyalarını inkişaf etdirmək üçün təcrübəli mentorlarla birbaşa işləmək imkanı əldə ediblər.

Tədbir çərçivəsində Startap və Texnologiya Transfer Ofisinin müdiri Əhməd Əhmədzadə tərəfindən hakatonun istiqamətləri və qaydaları təqdim olunub. Eyni zamanda iştirakçılar üçün MVP-nin hazırlanması və təqdimat (pitching) bacarıqları mövzusunda təlim keçirilib.

Sessiyalar zamanı iştirakçılar layihələrinin strukturlaşdırılması, problem–həll uyğunluğu, MVP-nin hazırlanması və effektiv təqdimat bacarıqları üzrə dəyərli bilik və tövsiyələr qazanıblar. Hakaton boyunca komandalar 10 təcrübəli mentorun dəstəyi ilə işləyərək ideyalarını inkişaf etdirib və daha praktik həllər formalaşdırıblar. Mentor dəstəyi sayəsində komandalar öz ideyalarını daha real və tətbiq oluna bilən layihələrə çevirməyə nail olublar.

Ümumilikdə, hakatonda 15 komanda və 56 iştirakçı fəal şəkildə iştirak edib. Proqramın sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunublar. Bu sertifikatlar onların qazandıqları bilik və təcrübənin rəsmi təsdiqi olmaqla yanaşı, gələcək karyera inkişaflarında da mühüm rol oynayacaq.


Paylaş