×

Xəbərlər

Xəbərlər 04 May 2026
ADNSU Sabah qruplarının tələbəsi Qazaxıstanda keçirilən beynəlxalq “Qanun və Qayda” müsabiqəsində birinci oldu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Mehparə Heydərova Qazaxıstanın Mangistau vilayətində yerləşən Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti ilə Mangistau vilayəti Prokurorluğunun birgə təşkil etdiyi “Qanun və Qayda” müsabiqəsində yüksək nəticə göstərərək birinci yerə layiq görülüb.
Qeyd edək ki, hazırda akademik mobillik proqramı çərçivəsində Qazaxıstanda təhsilini davam etdirən Mehparə Heydərova İformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin (İTİF) Sabah qrupları 3-cü kurs tələbəsidir. O, müsabiqədə iştirak edərək hüquq sahəsi üzrə bilik və bacarıqlarını uğurla nümayiş etdirib və münsiflər heyətinin yüksək qiymətini qazanıb.
Xatırladaq ki, bu nailiyyət Mehparə Heydərovanın artıq üçüncü uğurudur. Onun beynəlxalq mühitdə qazandığı bu nəticə həm şəxsi inkişafının, həm də akademik mobillik proqramının tələbələrə yaratdığı imkanların bariz nümunəsidir.


Paylaş