Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2026” keçirilib. Sayca doqquzuncu dəfə təşkil olunan marafon bu il ilk dəfə 42 kilometrlik tam məsafəni əhatə edib. Yarış Dövlət Bayrağı Meydanından start götürüb. İştirakçılar müəyyən edilmiş marşrut üzrə “Sea Breeze” ərazisində finiş xəttinə çatıblar.
Marafonda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, dosent Rüfət Əzizov, universitetin əməkdaşları və tələbələri, eləcə də əcnəbi tələbələr fəal iştirak ediblər.
Qeyd edək ki, marafonda marşrut xəttini tam qət edərək finiş xəttinə çatanlar arasında ADNSU-nun 3 əcnəbi tələbəsi: David Vinicio Espinel García, Şahin Rasim Çağan və Urul Hakan Efe uğura imza ataraq medalla mükafatlandırılıblar.
Bu cür təşəbbüslər sağlam həyat tərzinin təşviqi ilə yanaşı, birlik və komanda ruhunun daha da möhkəmlənməsinə töhfə verir. Bütün iştirakçılara uğurlar arzulayırıq!