Mayın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elsevier şirkəti ilə birgə təşkil olunan “Azərbaycan Mühəndislik Yarışı”nın qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov rəqəmsal elmi resursların müasir təhsildə rolunu qeyd edərək bu cür platformaların tələbələrin bilik və bacarıqlarının inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib. Həmçinin bu yarışların tələbələrin beynəlxalq elmi məlumat bazalarından istifadə vərdişlərini artırmaqla yanaşı, onların gələcək peşəkar fəaliyyətinə də müsbət təsir göstərdiyini vurğulayıb.
Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov yarış barədə ətraflı məlumat verib. O qeyd edib ki, müsabiqədə ölkənin 16 universitetindən 160-dan çox tələbə iştirak edib və iştirakçılar mühəndislik üzrə elmi platformalar üzərindən tapşırıqları yerinə yetirərək biliklərini sınayıblar.
Sonra “Informascope” şirkətinin satış direktoru Ümit Yontar çıxış edərək bu cür təşəbbüslərin əhəmiyyətindən danışıb. O, bu cür yarışların beynəlxalq elmi resurslara çıxışını genişləndirilməsinin tələbələrin qlobal səviyyədə rəqabət qabiliyyətini artırdığını bildirib.
Qeyd edək ki, 20 aprel – 1 may tarixlərini əhatə edən yarış tələbələrin Knovel və Engineering Village platformalarından istifadə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.
Yarışın nəticələrinə əsasən, ən yüksək nəticə göstərərək qalib olan Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Pavel Kuznetsova diplom və dəyərli hədiyyə ilə mükafatlandırılıb.
Sonda digər qaliblərə də diplom və hədiyyələr təqdim olunub.
Əli Əlizadə ADA Universiteti
Toğrul Nəbizadə ADA Universiteti
Sitarə Babayeva ADA Universiteti
Fateh Huseynli ADA Universiteti
Nihad Oruçlu ADA Universiteti
Toğrul Məmmədzadə ADA Universiteti
Mehriban Əliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Səbuhi Ağayev Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Allahyar Novruzov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Ləmiya Fərəczadə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Ramin Qədimov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Leyla Məmmədli Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Abdülqədir Seyidzadə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Nəzənin Mürsəliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Nuray Bayramzadə Azərbaycan-Fransız Universiteti
Pavel Kuznetsov Azərbaycan-Fransız Universiteti
Türkan Purmuxtari Azərbaycan-Fransız Universiteti
Ayan İsmayılova Azərbaycan-Fransız Universiteti
Cavidan Nəsirli Azərbaycan-Fransız Universiteti
Ceyran Göyçayeva Azərbaycan-Fransız Universiteti
Təbriz Bağırzadə Azərbaycan-Fransız Universiteti
Ramin Rüstəmov Azərbaycan-Fransız Universiteti
Aygün Asvərova Azərbaycan-Fransız Universiteti
Amin Abdullayev Azərbaycan-Fransız Universiteti
Novruz Cuvarlinski Azərbaycan-Fransız Universiteti
Cavid İsayev Azərbaycan-Fransız Universiteti
Kamila Rəhimova Azərbaycan-Fransız Universiteti
Yusif Əhmədov Bakı Mühəndislik Universiteti
Nigar Kərimli Bakı Mühəndislik Universiteti
Vüqar Mehdiyev Bakı Mühəndislik Universiteti
Aysu Cəfərzadə Bakı Dövlət Universiteti
Yasin Quluzadə Xəzər Universiteti