Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, SPE ASOIU tələbə cəmiyyətinin və BEOC (Bahar Energy Operating Company) şirkətinin tərəfdaşlığı və Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə tələbələr və gənc mütəxəssislər üçün “CV & LinkedIn Optimization” adlı maarifləndirici sessiya təşkil olunub.
Təlim zamanı iştirakçılara rəqəmsal imic və LinkedIn platformasının üstünlükləri, işəgötürənlərin namizəd axtarış mexanizmləri, profilin optimallaşdırılması və peşəkar şəbəkələrin qurulması haqqında ətraflı məlumat verilib. Həmçinin müasir standartlara cavab verən CV hazırlanması, CV strukturunun düzgün qurulması, vakansiyanın tələblərinə uyğunlaşdırılması, səhvlərdən qaçınma yolları və namizədlərin qiymətləndirilməsi meyarları geniş şəkildə izah olunub.
Sessiya tələbələrin böyük marağına səbəb olub və tədbir zamanı iştirakçılar tərəfindən karyera imkanları, işə qəbul prosesləri ilə bağlı müxtəlif suallar ünvanlanaraq ətraflı cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.