Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Mədəniyyət Nazirliyinin təşkilatçılığı və SOCAR-ın əsas tərəfdaşlığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.
Sərgidə ADNSU-nun Kitabxana İnformasiya Mərkəzi tərəfindən 100-dən çox kitab, jurnal, miniatür kitablar, eləcə də tələbələrin müəllifliyi ilə ərsəyə gəlmiş rəsm əsərləri ziyarətçilərə təqdim olunur.
ADNSU-nun stendi ziyarətçilər tərəfindən maraqla qarışlanır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 21–27 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi müasir humanitar düşüncənin aktual mövzularına həsr olunub.
“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusu çərçivəsində nəzəri və tətbiqi müzakirələr, həmçinin ədəbi-intellektual mühitin inkişafına xidmət edən təqdimatlar nəzərdə tutulub.
Sərgi çərçivəsində həmçinin ustad dərsləri, kitab təqdimatları, imza günləri, elmi konfranslar və simpoziumlarla yanaşı, qiraət və musiqi saatlarının keçirilməsi planlaşdırılır.