×

Xəbərlər

Xəbərlər 22 Oct 2026
ADNSU-nun “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri “Milla Dairy” MMC-də istehsalat prosesi ilə yaxından tanış olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiyaları fakültəsinin “Biotexnologiya və qida mühəndisliyi” kafedrasında “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələri professor Zaur Ağamalıyev, dosent Aynur Ərəbzadə və baş müəllim Samirə Bayramovanın rəhbərliyi ilə “Milla Dairy” MMC-yə tanışlıq səfəri ediblər.

Səfərin əsas məqsədi tələbələrin nəzəri biliklərini istehsalat təcrübəsi ilə əlaqələndirmək, onları süd və süd məhsullarının müasir istehsal texnologiyaları, texnoloji avadanlıqlar, keyfiyyətə nəzarət və qida təhlükəsizliyi sistemləri ilə yaxından tanış etmək olub.

Səfər çərçivəsində müəssisənin konfrans zalında şirkət nümayəndələri tələbələrə “Milla Dairy” MMC-nin fəaliyyəti, istehsal prosesinin təşkili, eləcə də istehsalatda istifadə olunan isitmə, soyutma sistemləri və avadanlıqları haqqında təqdimatlar ediblər.

Bu cür praktiki səfərlər tələbələrin peşəkar kompetensiyalarının inkişafına və onların qida sənayesinin müasir tələblərinə uyğun hazırlanmasına mühüm töhfə verir.


Paylaş