×

Xəbərlər

Xəbərlər 05 May 2026
ADNSU tələbələri üçün “Təqdimat bacarığı, hekayə quruculuğu və demo günü hazırlığı” mövzusunda təlim keçirilib

Mayın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən “IDEALISE 2” İnkubasiya proqramı çərçivəsində “Təqdimat bacarığı, hekayə quruculuğu və demo günü hazırlığı” mövzusunda təlim uğurla baş tutub. Təlim ADNSU-nun Startap və Texnologiya Transfer Ofisinin rəhbəri Əhməd Əhmədzadə tərəfindən keçirilib.

Sessiya zamanı iştirakçılara startap ideyalarının düzgün və təsirli şəkildə təqdim edilməsi, güclü hekayə quruculuğu bacarıqlarının formalaşdırılması, investor qarşısında çıxış strategiyaları və demo dünü mərhələsinə hazırlıq prosesi barədə ətraflı məlumat verilib. Eyni zamanda, praktik nümunələr üzərindən izahlar aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Təlimin əsas məqsədi komandaların öz layihələrini daha peşəkar, strukturlaşdırılmış və inandırıcı şəkildə təqdim etmə bacarıqlarını inkişaf etdirmək, həmçinin onların investorlara çıxış və təqdimat bacarıqlarını gücləndirmək olub.

“IDEALISE 2” İnkubasiya proqramı çərçivəsində təşkil olunan bu kimi təlimlər startap komandalarının inkişafına, onların bazara çıxış və investisiya təqdimatı bacarıqlarının artırılmasına mühüm töhfə verir.


Paylaş