×

Xəbərlər

Xəbərlər 05 May 2026
“İstehsalatda SƏTƏM” mövzusunda keçirilən infosessiyada tələbələrə əməyin təhlükəsizliyi və potensial risklərin müəyyən edilməsindən bəhs olunub

Mayın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla İş və Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün “İstehsalatda SƏTƏM” mövzusunda maarifləndirici infosessiya keçirilib.

Tədbir Salvaguarida Consulting şirkətinin eksperti Vüqar Əliyev tərəfindən təqdim olunub. Görüşün əsas məqsədi gələcək mühəndis və mütəxəssisləri istehsalat sahəsində təhlükəsizlik qaydaları, risklərin idarə olunması və ətraf mühitin mühafizəsi standartları ilə tanış etmək olub.

Sessiya zamanı SƏTƏM-in fundamental prinsipləri, əməyin təhlükəsizliyi qaydaları, potensial risklərin əvvəlcədən müəyyən edilməsi, eləcə də istehsalat mühitində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması yolları müzakirə edilib. Həmçinin real iş təcrübələrinə əsaslanan praktik nümunələr və keyslər təqdim olunub.

Tədbirdə Vüqar Bayramov, həmçinin Salvaguarida Consulting şirkətinin nümayəndələri –Bəxtiyar İbrahimov, Rüstəm Fərhadlı və digər əməkdaşlar iştirak edərək təcrübələrini tələbələrlə bölüşüblər, onların suallarını cavablandırıblar.


Paylaş