×

Xəbərlər

Xəbərlər 10 Apr 2026
ADNSU-da tələbələrin karyera inkişafına dəstək məqsədilə seminar keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrin karyera inkişafına dəstək məqsədilə “Müsahibə bacarıqlarının inkişafı” mövzusunda infosessiya keçirilib.

Tədbir universitetin Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə baş tutub. İnfosessiyada iştirak edən tələbələrin əksəriyyəti informasiya təhlükəsizliyi və biznesin idarə olunması ixtisasları üzrə təhsil alan tələbələr olub.

İnfosessiyada “Azercell Telekom” MMC-nin nümayəndələri Günel Məcidova və Fadayə Yaqnaliyeva çıxış edərək tələbələrə karyera quruculuğu, müasir əmək bazarının tələbləri və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat veriblər. Eyni zamanda şirkətin fəaliyyəti, mövcud təcrübə proqramları və işə qəbul prosesi ilə bağlı təqdimat keçirilib.

Tədbir çərçivəsində tələbələrin sualları cavablandırılıb, karyera planlaması və əmək bazarına hazırlıq mövzularında fikir mübadiləsi aparılıb. İnteraktiv formatda təşkil olunan infosessiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

İnfosessiyanın keçirilməsində əsas məqsəd tələbələrin əmək bazarı ilə daha yaxından tanış olmalarına, praktiki biliklərini artırmalarına və gələcək karyera istiqamətlərini daha düzgün müəyyənləşdirmələrinə dəstək göstərməkdən ibarətdir.


Paylaş