×

Xəbərlər

Xəbərlər 07 May 2026
ADNSU -da “Heydər Əliyev nəşrlərdə” adlı kitab sərgisi təşkil olunub

May 7-də  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində Ümumilli  Lider, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev nəşrlərdə” adlı kitab sərgisi təşkil olunub.

Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyətini, zəngin və şərəfli həyat yolunu özündə əks etdirən  50-dən çox kitablar və digər nəşrlər nümayiş olunur. Sərgi may ayının sonunadək davam edəcək.


Paylaş