Azərabaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Deep Tech inkubasiya proqramı çərçivəsində “İdeyadan istifadəçiyə → AI məhsul inkişafının mərhələləri”mövzusunda hybrid təlim keçirilib.
Təlim zamanı ideyanın formalaşdırılmasından başlayaraq istifadəçiyə dəyər yaradan AI məhsulun inkişaf mərhələləri, UX yanaşmaları və məhsulun bazara uyğunlaşdırılması istiqamətində iştirakçılara ətraflı məlumat verilib. Sessiya çərçivəsində real istifadəçi ehtiyaclarına əsaslanan məhsul quruculuğu, düzgün planlama və effektiv inkişaf prosesi üzrə praktiki yanaşmalar təqdim olunub.
Hibrid formatda keçirilən təlim UX üzrə məsləhətçi Akşin Rəcəbov tərəfindən aparılıb. O, çıxışı zamanı istifadəçi yönümlü dizaynın (UX) AI məhsulların uğurlu inkişafındakı rolunu vurğulayıb, ideyaların real və bazara uyğun məhsullara çevrilməsi üçün əsas prinsipləri iştirakçılarla bölüşüb.
Qeyd edək ki, təlim hibrid formatda təşkil olunub.
Tədbirin əsas məqsədi iştirakçıların AI məhsullarının inkişafı üzrə bilik və bacarıqlarını artırmaq, onların ideyalarını daha sistemli və istifadəçi yönümlü şəkildə formalaşdırmasına dəstək olmaq olub.