×

Xəbərlər

Xəbərlər 08 May 2026
BP-Azərbaycan şirkətinin geoloqu ADNSU tələbələrinə “Orogen ön hövzələrində maye miqrasiyasının zaman miqyası” mövzusunda seminar keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Orogen ön hövzələrində maye miqrasiyasının zaman miqyası” mövzusunda seminar təşkil olunub. 

Seminar BP-Azərbaycan şirkətinin geoloqu Əkbər Hüseynov tərəfində keçirilib. Seminar çərçivəsində Avropada filiz əmələgəlməsi ilə bağlı mühüm geoloji hadisələrdən biri hesab olunan Variskan orogeniya prosesi ilə əlaqəli maye axınları araşdırılıb. Tədqiqat Almaniya və Portuqaliya ərazilərində yerləşən Variskan ön hövzələrində kvars damarlarının sahə xəritələnməsi, geokimyəvi, izotop və geoxronoloji metodlarla təhlili əsasında aparılıb. 

Qeyd edək ki, Əkbər Hüseynov Vrije Universiteit Amsterdam universitetində fəlsəfə doktoru dərəcəsi alıb və FluidNET Consortium çərçivəsində “Marie Curie Actions” (H2020) İnnovativ Təlim Şəbəkəsinin təqaüdçüsü olub. 

Seminarda geologiya, tektonika və geokimya sahəsində müasir elmi yanaşmalarla tanış olunub, həmçinin beynəlxalq təcrübəyə əsaslanan tədqiqat nəticələri barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.


Paylaş