×

Xəbərlər

Xəbərlər 08 May 2026
ADNSU tələbələri ilə kibertəhlükəsizlik və bu istiqamətdə ilkin praktiki biliklərə həsr olunmuş görüş keçirilib

ADNSU Startap və Texnologiya Transfer Ofisində (TTO) Cyber Bridge tərəfindən təşkil olunan istehsalat təcrübəsi proqramı çərçivəsində tələbələr üçün ilk praktiki görüş keçirilib.

Görüşün əsas məqsədi iştirakçıların kibertəhlükəsizlik sahəsi ilə yaxından tanış olması, bu istiqamətdə ilkin praktiki biliklər əldə etməsi və real iş mühitinə uyğun bacarıqlar qazanmasına dəstək göstərmək olub.

Praktiki görüşdə təlimçi qismində RST Global şirkətinin İnformasiya Texnologiyaları üzrə komanda rəhbəri Əfsanə Mustafazadə çıxış edib. Təlim zamanı “Kibertəhlükəsizliyə giriş” mövzusu əsasında tələbələrə kibertəhlükəsizliyin əsas anlayışları, müasir təhlükələr və qorunma üsulları haqqında ətraflı məlumat verilib. Eyni zamanda iştirakçılar praktiki məşğələ formatında kibertəhlükəsizlik mühiti ilə bağlı ilkin təcrübə qazanıblar.

Tədbirdə Cyber Bridge rəhbəri Ruslan Xəlilzadə və ADNSU Startup və TTO-nun aparıcı mütəxəssisi Qədim Qədimov da iştirak edərək proqramın təşkilinə və tələbələrin prosesə aktiv şəkildə cəlb olunmasına dəstək göstəriblər.

Keçirilən praktiki görüş tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsi, kibertəhlükəsizlik sahəsində real iş proseslərini yaxından müşahidə etməsi və gələcək karyera istiqamətlərini daha aydın müəyyənləşdirməsi baxımından faydalı olub.


Paylaş