Türk Mühəndislər Dərnəyinin təşkilatçılığı, Türkiyə-Azerbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) tərəfdaşlığı ilə Bakı şəhərində IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi keçirilib. Zirvə Türk dünyasında mühəndislik, texnologiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əcnəbi tələbələri “IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi”ndə fəal iştirak ediblər.
Qurultayda ADNSU-nu 25 nəfər əcnəbi tələbə təmsil edib. Tələbələr tədbir çərçivəsində könüllü kimi fəal iştirak edərək konfransın təşkilati işlərinə mühüm dəstək göstəriblər. Onlar qonaqların qarşılanması, tədbirin koordinasiyası və müxtəlif təşkilati proseslərdə aktiv rol alıblar.
Tədbirin təşkilatçıları ADNSU-nun əcnəbi tələbələrinin təşəbbüskarlığını və fəallığını yüksək qiymətləndirərək onlara təşəkkürlərini bildiriblər. Sonda universitet tələbələri sertifikatla təltif olunublar.
Türk Mühəndislər Dərnəyinin təşkilatçılığı, Türkiyə-Azerbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) tərəfdaşlığı ilə Bakı şəhərində IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi keçirilib. Zirvə Türk dünyasında mühəndislik, texnologiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.