Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Geofizika mühəndisliyi” üzrə magistratura tələbələri Abşeron Milli Parkında çöl təcrübəsində olublar.
Tədqiqatın məqsədi yeraltı strukturların və geoloji şəraitin müxtəlif geofiziki yanaşmalar vasitəsilə daha dərindən öyrənilməsi, həmçinin tələbələrin sahə məlumatlarının toplanması və interpretasiyası üzrə praktik bacarıqlarının gücləndirilməsi olub. Çöl təcrübəsi zamanı tələbələr bir neçə fərqli geofiziki metoddan istifadə ediblər:
• Seysmik üsul vasitəsilə yeraltı laylanma və dalğa sürətlərinin öyrənilməsi həyata
keçirilib.
• Elektrik müqavimət tomoqrafiyası (ERT) yeraltı süxurların müqavimət
dəyişikliklərini araşdırmaq üçün tətbiq olunub.
• Yerə nüfuz edən radar (GPR) dayaz qatlarda olan strukturların görüntülənməsinə
imkan yaradıb.
• Maqnitometriya Yer maqnit sahəsindəki dəyişikliklərə əsaslanaraq yeraltı
xüsusiyyətlərin müəyyən edilməsinə xidmət edib.
Təcrübə səfəri Maksim Bano və Kristian Kamerlinkin rəhbərliyi altında həyata keçirilib.
Tələbələrə həm nəzəri biliklərin praktik tətbiqi, həm də sahə şəraitində geofiziki ölçmələrin aparılması üzrə dəyərli təcrübə qazandırıb.