×

Xəbərlər

Xəbərlər 08 May 2026
“Maqnat” İntellektual Oyunlar Klubunun 20 illik yubileyinə həsr olunmuş intellektual yarış keçirilib

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və “Maqnat” İntellektual Oyunlar Klubunun (İOK) təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Maqnat” İntellektual Oyunlar Klubunun 20 illik yubileyinə həsr olunmuş intellektual yarış keçirilib.

Yubiley münasibətilə təşkil olunan yarışda ADNSU-nun 7 fakültəsini, SABAH qruplarını, BA proqramlarını və universitet nəzdində fəaliyyət göstərən Azərbaycan–Fransız Universitetini təmsil edən ümumilikdə 12 komanda iştirak edib.

Gərgin və maraqlı keçən bilik yarışının nəticələrinə əsasən, BA proqramlarının komandası I yerə, İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin komandası II yerə, Qaz-neft-mədən fakültəsinin komandası isə III yerə layiq görülüb.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qalib komandaları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda qaliblərə kubok, medal və hədiyyələr təqdim olunub.


Paylaş