×

Xəbərlər

Xəbərlər 09 May 2026
ADNSU-da Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş esse müsabiqəsinin qalibləri təltif edilib

Mayın 8-də Azərbaycan Dövlət Neft və SənayeUniversitetində (ADNSU) İqtisadiyyat və menecmentfakültəsinin (İMF) təşkilatçılığı ilə Dayanıqlı İnkişafMəqsədlərinə həsr olunmuş “Dayanıqlı iqtisadi inkişafvə effektiv idarəetmə: Azərbaycanın perspektivləri" mövzusunda esse müsabiqəsinin təltifetmə mərasimikeçirilib.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru dosent RüfətƏzizov Dayanıqlı İnkişaf Məqsədlərinin müasir dövrdəqlobal əhəmiyyətindən danışaraq universitetdə buistiqamətində həyata keçirilən layihələrdən söz açıb. ADNSU beynəlxalq əməkdaşlıqlar və elmi fəaliyyətvasitəsilə də dayanıqlı inkişaf prinsiplərinin təşviqinəmühüm töhfə verdiyini deyən rektor Rüfət Əzizov bubaxımdan UFAZ çərçivəsində həyata keçirilənlayihələr, həmçinin Böyük Britaniyanın VorvikUniversiteti ilə əməkdaşlıq proqramlarını mühümnümunələr kimi qiymətləndirib.

Rektir həmçinin universitetin professor-müəllim heyətitərəfindən hazırlanan elmi məqalələr, aparılantədqiqatlar və innovativ təşəbbüslərin də Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət etdiyini diqqətə çatdırıbvə bildirib ki, məhz bu fəaliyyətlərin nəticəsindəADNSU beynəlxalq reytinqlərdə dayanıqlı inkişafgöstəriciləri üzrə təmsil olunur və mühüm uğurlar əldəedir.

Rektor tələbələrin bu kimi təşəbbüslərinin universitetrəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini qeydedərək, gənclərin sosial məsuliyyətli və qlobaldüşüncəli vətəndaş kimi formalaşmasının əhəmiyyətinixüsusi vurğulayıb.

Daha sonra esse müsabiqəsinin qalibləri elan olunub.

Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib, iştirakçılarla xatirə fotosu çəkdirilib.


Paylaş