×

Xəbərlər

Xəbərlər 12 May 2026
ADNSU tələbələri uşaqlar evini ziyarət ediblər

Mayın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı və Kimya Texnologiya fakültəsi THİK-in təşəbbüsü ilə uşaqlar evinə ziyarət təşkil olunub.

Ziyarət zamanı tələbələr uşaqlarla bir araya gələrək maraqlı və səmimi anlar yaşayıblar. Balacalarla müxtəlif oyunlar oynanılıb, söhbətlər aparılıb.

Görüş uşaqlarda xoş təəssüratlar yaradıb. Uşaqların sevinc dolu baxışları və səmimi təbəssümləri günün ən yaddaqalan anlarına çevrilib.


Paylaş