×

Xəbərlər

Xəbərlər 12 May 2026
ADNSU-da “Kompüterlər molekulları necə anlayır: kemoinformatikaya giriş” mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Kompüterlər molekulları necə anlayır: kemoinformatikaya giriş” mövzusunda seminar təşkil olunub.

Seminar ADNSU-nun Kemoinformatika və hesablama kimyası qrupunun rəhbəri, kemoinformatika üzrə tədqiqatçı Fərəh Əsgərxanova tərəfindən keçirilib. Seminarda sürətlə inkişaf edən kimyəvi məlumatların təhlilində müasir yanaşmalar, kemoinformatikanın əsas prinsipləri və molekulyar xassələrin hesablanması, təhlili və proqnozlaşdırılması sahəsində tətbiq olunan metodlar haqqında ətraflı məlumat verilib. Mühazirə zamanı molekulların riyazi obyektlər, qraflar və deskriptorlar şəklində təqdim olunması kimi aktual məsələlərə xüsusi diqqət yetirilb. 

Qeyd edək ki, Fərəh Əsgərxanova kimya mühəndisliyi üzrə bakalavr təhsilini ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-da alıb, magistratura təhsilini UFAZ və Strasburq Universitetində davam etdirib, daha sonra isə Strasburq Universitetində kemoinformatika üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnib. Onun elmi fəaliyyət istiqamətlərinə QSPR/QSAR modelləşdirilməsi, kimyəvi fəza analizi və molekulyar deskriptorlar daxildir.


Paylaş