Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən “IDEALISE 2” İnkubasiya proqramı çərçivəsində “Emosional zəka və komanda dinamikası” mövzusunda təlim uğurla baş tutub. Təlim ADNSU-nun Startap və Texnologiya Transfer Ofisinin baş mütəxəssisi, Menecment kafedrasının müəllimi Aysel Sadıqova tərəfindən keçirilib.
Sessiya zamanı iştirakçılara emosional zəkanın komanda daxilində rolu, effektiv ünsiyyət qurma üsulları, liderlik bacarıqları və komanda dinamikasının düzgün idarə olunması barədə ətraflı məlumat verilib. Təlim çərçivəsində komanda üzvləri arasında sağlam münasibətlərin qurulması, konfliktlərin idarə olunması və birgə işləmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində praktik yanaşmalar təqdim olunub.
Eyni zamanda, iştirakçılarla interaktiv müzakirələr aparılıb, real situasiyalar üzərindən nümunələr paylaşılıb və onları maraqlandıran suallar cavablandırılıb.
“IDEALISE 2” İnkubasiya proqramı çərçivəsində keçirilən bu kimi təlimlər iştirakçıların kommunikasiya, liderlik və komanda idarəetməsi bacarıqlarının inkişaf etdirilməsinə, onların startap fəaliyyətində daha effektiv və koordinasiyalı işləməsinə mühüm dəstək göstərir.