×

Xəbərlər

Xəbərlər 12 May 2026
“Peşəkar karyera” layihəsi universitetlərin karyera mərkəzlərinə təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yeni “Peşəkar karyera” layihəsini universitetlərin karyera mərkəzlərinə təqdim edib.

Təqdimatda 11 ali təhsil müəssisənin karyera mərkəzlərinin rəhbərləri, o cümlədən ADNSU-nun Məzunlarla iş və Karyera Mərkəzinin müdiri Şamil Əhmədov iştirak edib. 

Görüşdə Milli Observatoriyanın İdarə heyətinin sədri Elnur Səfərli “Peşəkar Karyera” layihəsi barədə ətraflı məlumat verib.

Bildirib ki, layihə Milli Observatoriya ilə əməkdaşlıq memorandumu imzalamış 11 universitet üzrə tələbələrin yumşaq bacarıqlarının mövcud vəziyyətini əmək bazarının faktiki tələbi ilə müqayisə etməklə onların inkişafı istiqamətində hədəflənmiş təlimlərin keçirilməsini nəzərdə tutur.

Layihənin universitetlərlə əmək bazarı arasında körpü yaratmağa xidmət edən strateji təşəbbüs olduğu vurğulanıb. Qeyd olunub ki, məqsəd gənclərin iş dünyasına daha hazırlıqlı daxil olmasına, işəgötürənlərin isə ixtisaslı kadr tapmaq imkanlarının genişlənməsinə dəstək göstərməkdir.

Nəticədə işçi qüvvəsi daha çevik və rəqabətqabiliyyətli olacaq, habelə sosial inklüzivlik daha da artacaq. Layihə təhsil və əmək bazarının real ehtiyaclarının uyğunlaşdırılmasına yönəlib.

Karyera mərkəzlərinin rəhbərləri layihəni yüksək qiymətləndiriblər. Görüşdə “Peşəkar karyera” layihəsinə dair fikir mübadiləsi aparılıb.


Paylaş