×

Xəbərlər

Xəbərlər 13 May 2026
ADNSU-da keçirilən “Elmi innovasiyalar və dayanıqlı texnologiyalar” konfransına magistrantlardan 200-dən çox, doktorantlardan isə 80 material təqdim olunub

Mayın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Elmi İnnovasiyalar və Dayanıqlı Texnologiyalar” mövzusunda magistrantların və gənc tədqiqatçıların Respublika elmi-praktiki konfransı rəsmi açılışdan və plenar sessiyadan sonra bölmə iclasları ilə davam edib. 

Bölmə iclaslarında gənc tədqiqatçılar müxtəlif mövzular üzrə elmi məruzələrlə çıxış edərək innovativ ideyalarını bölüşüblər. Sonda iştirakçılara sertifikatlar verilib. 

Qeyd edək ki, konfransa ümumilikdə 349 müraciət daxil olub, onlardan 281-i plagiat yoxlamasından keçərək qəbul edilib. Konfransda ən çox material informasiya texnologiyaları və avtomatlaşdırma (73), iqtisadiyyat və menecment (61), həmçinin kimya və kimya texnologiyaları (52) bölmələri üzrə təqdim olunub. Müraciətlər 34 yerli və xarici ali təhsil və elmi müəssisədən daxil olub. Təqdim olunan materialların 201-i magistrantlara, 80-i isə doktorantlara məxsus olub.


Paylaş