Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika və İT və İdarəetmə fakültələrinin 2 magistr tələbəsi 2025–2026-cı tədris ilinin yaz semestrində Özbəkistan Respublikasının İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetində mübadilə proqramı çərçivəsində qısamüddətli təcrübə keçirlər.
Qeyd olunan proqram tələbələrə beynəlxalq akademik mühitdə təhsil almaq, elmi-tədqiqat fəaliyyətində iştirak etmək, ixtisasları üzrə nəzəri və praktiki biliklərini inkişaf etdirmək, həmçinin fərqli təhsil sistemləri ilə tanış olmaq imkanı yaradır.
Bununla yanaşı, mübadilə proqramı tələbələrin beynəlxalq təcrübə qazanmasına, yeni akademik və peşəkar əlaqələr formalaşdırmasına, eləcə də ADNSU-nun beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə töhfə verir.