Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 16 tələbəsi “Turan Drilling and Engineering” şirkətinin 2026–2027-ci illər üçün elan etdiyi təcrübə və təqaüd proqramında uğur qazanıb.
Seçim mərhələsinin nəticələrinə əsasən tələbələr part-time təcrübə, yay təcrübəsi və təqaüd imkanları əldə ediblər. Proqram çərçivəsində tələbələr şirkətin müxtəlif istehsalat və mühəndislik istiqamətlərində praktiki təcrübə qazanacaq, real iş proseslərində iştirak edəcək və sənaye üzrə peşəkar mütəxəssislərlə işləmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, “Turan Drilling and Engineering” şirkəti SOCAR AQŞ və beynəlxalq qazma və mühəndislik şirkəti olan “KCA Deutag”-ın birgə müəssisəsi olaraq fəaliyyət göstərir. Şirkət Xəzər regionunda qazma və mühəndislik xidmətləri həyata keçirir və BP-nin idarə etdiyi platformalarda iri layihələrdə iştirak edir.
Qalib tələbələrin siyahısı:
- Hüseyn Təhməzov
- Şəfiqə Həsənli
- Çiçək İsmayılova
- Nərmin Orucova
- Nəzrin Əliyeva
- Rəşad Abdullayev
- Fidan Allahverdiyeva
- Səmra Abdullayeva
- Amin Paşazadə
- Xəlil Ömərov
- Mədinə Məmmədli
- Fəhmin Süleymanov
- İlayda Parabaşova
- Nuru Qasımov
- Ruslan Müslümov
- Nurlan Məmmədov