×

Xəbərlər

Xəbərlər 19 May 2026
ADNSU tələbələri “Gələcəyin mühəndisi” konfransında elmi layihələri ilə çıxış ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri 24–25 aprel 2026-cı il tarixlərində Xankəndi şəhərindəQarabağ Universitetinin ev sahibliyi ilə keçirilən “GələcəyinMühəndisi” Tələbələrin I Elmi-Texniki Konfransında(EOF2026) uğurla iştirak ediblər.

Konfransda ADNSU-nu müxtəlif fakültə və ixtisaslar üzrə təhsilalan tələbələr öz elmi məqalələri ilə təmsil ediblər. SABAH qrupları fakültəsinin Energetika mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi İsrafil Əhmədov “Azərbaycanda üzən günəşpanellərinin işinin tədqiqi”, İnformasiya Texnologiyaları vəİdarəetmə fakültəsinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə II kurs tələbəsi Zəhra Məmmədli “‘Ağıllı kənd’ ekosistemlərindəkritik informasiya infrastrukturunun mühafizəsi və IoT şəbəkələri üçün ‘Zero Trust’ mühəndislik modeli”, Geolojikəşfiyyat fakültəsinin Geofizika mühəndisliyi ixtisası üzrə II kurs magistratura tələbəsi İlqarə Rüstəmzadə “Seysmikməlumatlarda küyün azaldılması və optimallaşdırılmasıüsulları”, BA proqramları fakültəsinin Sənaye mühəndisliyiixtisası üzrə II kurs tələbəsi Kənan Qəhrəmanov isə “Metal konstruksiyalarda korroziyanın mexaniki dayanıqlığa təsiri” adlımövzularda çıxış ediblər.

İki gün davam edən elmi sessiyalar çərçivəsində 7 müxtəlifistiqamət üzrə aktual mövzularda məruzələr dinlənilib, tələbələrarasında elmi fikir mübadiləsi aparılıb.

Tədbirin yüksək elmi səviyyəsinin göstəricisi olaraq, proqramçərçivəsində təqdim olunan və xüsusi seçilmiş məqalələrinbeynəlxalq səviyyəli “Journal of Modern Technology and Engineering” (ISSN: 2519-4836) jurnalında dərc olunacağıbildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma vəMemarlıq İli” elan edilməsi ilə bağlı sənədə uyğun olaraq təşkiledilən tədbirin əsas məqsədi gənc mühəndislərin innovativ elmiaxtarışlarını dəstəkləmək, onların tədqiqat fəaliyyətinə təşviqolunması və akademik əlaqələrin gücləndirilməsi olub.


Paylaş