×

Xəbərlər

Xəbərlər 19 May 2026
ADNSU Ümumdünya Şəhərsalma Forumunda innovativ layihələrini təqdim etməyə davam edir

Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunanbeynəlxalq sərgidə Azərbaycan Dövlət Neft və SənayeUniversitetinin (ADNSU) stendi növbəti gün də iştirakçılarınböyük marağı ilə qarşılanıb. Dünyanın müxtəlif ölkələrindənforum iştirakçıları, beynəlxalq təşkilat nümayəndələri, ekspertlərvə qonaqlar ADNSU-nun stendini ziyarət edərək universitetininnovasiya ekosistemi, beynəlxalq əməkdaşlıqları, tələbətəşəbbüsləri və texnoloji layihələri ilə yaxından tanış olublar.

Forumun növbəti günündə universitetin stendində ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşları Elnur Hadıyev və Alidə Məmmədova, həmçinin tələbə-startapçıİsmayıl Hacıyev iştirak ediblər. Ziyarətçilərə universitetin təhsilimkanları, elmi-tədqiqat fəaliyyəti, innovasiya mühiti və tələbəstartapları barədə ətraflı məlumat təqdim olunub.

Sərgidə nümayiş etdirilən layihələrdən biri ADNSU-nun BiznesAdministrasiyası proqramının II kurs tələbəsi İsmayıl Hacıyevin təsis etdiyi “AIRT” (Azerbaijan Intelligent Robotics Technologies) startapıdır. Hazırda prototip mərhələsində olanlayihə neft və qaz sənayesində avtonom inspeksiya proseslərininhəyata keçirilməsi üçün robot texnologiyalarının tətbiqininəzərdə tutur. Layihənin əsas məqsədi təhlükəli istehsalatsahələrində insan faktorunu minimuma endirmək, riskləriazaltmaq və əməliyyat təhlükəsizliyini artırmaqdır. Startap çətinvə riskli mühitlərdə insanların yerinə robot texnologiyalarınınistifadəsini təmin etməyə yönəlib.

“AIRT” startapı ADNSU və IDEA İctimai Birliyinin birgəhəyata keçirdiyi “IDEALIZE” inkubasiya proqramınınqaliblərindən biri olub.

Forum çərçivəsində təqdim olunan digər layihə isə ADNSU-nun İnformasiya Təhlükəsizliyi fakültəsinin I kurs tələbəsi Arzu Balakişiyevanın müəllifi olduğu “Green Ozone” layihəsidir. Layihə smart ozonator cihazı vasitəsilə suyun təmizlənməsinitəmin edən innovativ və ekoloji yönümlü texnologiya təqdimedir.

“Green Ozone” layihəsi günəş enerjisi əsasında işləyən sistemvasitəsilə ozonatorun avtomatik idarə olunmasını təmin edir. Günəş paneli vasitəsilə əldə olunan enerji batareyada toplanır, invertor vasitəsilə dəyişən cərəyana çevrilir və mikrokontrollerinköməyi ilə cihazın müəyyən edilmiş vaxt intervalında avtomatikfəaliyyəti təmin olunur. Layihə enerji səmərəliliyi və ekolojidayanıqlılıq baxımından diqqət çəkən innovativ həll modeli kimitəqdim edilir.

Qeyd edək ki, mayın 22-dək davam edəcək Ümumdünya Şəhərsalma Forumu urbanizasiya, dayanıqlı inkişaf, iqlimçağırışları və gələcəyin şəhərləri ilə bağlı beynəlxalqmüzakirələr üçün mühüm platforma hesab olunur.


Paylaş