Mayın 19-da ADNSU tələbələri üçün Deep Tech İnkubasiyaproqramı çərçivəsində Holberton məktəbinin baş icraçı direktoruŞəmsi Bayramzadə tərəfindən “Bazar analizi və rəqibstrategiyası” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara bazarın düzgün analiz edilməsi, rəqiblərin araşdırılması və məhsulun bazarda effektivmövqeləndirilməsi haqqında ətraflı məlumat verilib. Sessiyaçərçivəsində xüsusilə TAM / SAM / SOM anlayışları, birbaşa vədolayı rəqiblərin müəyyən olunması, dəyər təklifi fərqləndirməsivə bazara giriş baryerləri kimi vacib alt mövzulara toxunulub.
Real nümunələr üzərindən aparılan müzakirələr zamanıtələbələrrəqabət üstünlüyü yaratmaq, düzgün bazar yanaşmasıformalaşdırmaq və startap strategiyalarını daha effektiv qurmaqistiqamətində praktiki biliklər qazanıblar.
Təlimin əsas məqsədi startap və komandaların bazarı dahadərindən tanımasına, rəqib analizini effektiv şəkildə aparmasınavə məhsullarını düzgün strategiya ilə inkişaf etdirməsinə dəstəkolmaq olub.