×

Xəbərlər

Xəbərlər 26 May 2026
ADNSU Kitabxana İnformasiya Mərkəzində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır” adlı kitab sərgisi təşkil olunub

Mayın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində “28 May Müstəqillik Günü”nə həsr olunmuş kitab sərgisi təşkil olunub. Sərgidə 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasını, Azərbaycan tarixini, dövlətçilik ənənələrini və istiqlal mübarizəsini əks etdirən, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı misilsiz xidmətlərindən, Azərbaycan dövlətinin və müstəqilliyinin bərpa olunmasından, qorunmasından bəhs edən 60-dən çox kitab və digər nəşrlər yer alıb. 

Sərginin əsas məqsədi oxuculara 1918-ci il 28 May tarixinin əhəmiyyətini çatdırmaq, gənc nəsildə vətənpərvərlik hissini gücləndirmək və milli dövlətçilik tariximiz barədə məlumatlandırmaqdır.

Sərgi may ayının sonunadək davam edəcək.


Paylaş