×

Xəbərlər

Xəbərlər 26 May 2026
“Geoloqlar günü” forumu çərçivəsində 5 məktəbin şagirdləri ADNSU-da ekskursiyada olub

“Geoloqlar günü” forumu çərçivəsində Bakı şəhərinin  5 məktəb və liseyinin - Heydər Əliyev Liseyi, Akademik Zərifə Əliyeva Liseyi, Bakı Avropa Liseyi, “Xəzri” Liseyi, Kimya və Biologiya Təmayüllü Respublika Liseyi və   Elyar Hənifəyev adına Elitar Gimnaziya müxtəlif məktəblərinin şagirdlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar. 

Ekskursiya zamanı məktəblilər universitetin tədris infrastrukturu, ixtisas istiqamətləri, laboratoriyaları və müasir təhsil imkanları ilə yaxından tanış olublar. Şagirdlər universitetin kitabxanası, rəqəmsal innovasiya mərkəzi, Mineralogiya və Tarix muzeyləri, auditoriyalar və digər tədris məkanlarına baxış keçiriblər.

Səfərin əsas məqsədi şagirdlərdə ali təhsil mühiti barədə təsəvvür formalaşdırmaq, onların gələcək ixtisas seçiminə dəstək olmaq və elmə marağı artırmaq olub.

 


Paylaş