×

Xəbərlər

Xəbərlər 01 Jun 2026
ADNSU-nun əməkdaşlarının məqaləsi yüksək impakt faktorlu, Q1 kateqoriyalı "Applied Sciences" jurnalında dərc olunub

ADNSU-nun "Neft-qaz mühəndisliyi" kafedrasının əməkdaşları İnqlab Əliyev, Yelena Şmonçeva, həmin kafedranın doktorantı Rəfail Manafov və "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının əməkdaşı Güllü Cabbarovanın birgə hazırladıqları məqalə İsveçrənin yüksək impakt faktorlu, Q1 kateqoriyalı "Applied Sciences" jurnalında dərc olunub.

Məqalədə qazma məhlulunun udulması probleminin həllinə və quyu divarındakı çatların xüsusi materiallarla optimal şəkildə qapadılmasından bəhs olunub. Uzun sürən ənənəvi laboratoriya testlərinə alternativ olaraq, tədqiqatda maşın öyrənməsi və kompüter simulyasiyalarının birgə tətbiqi təklif edilir. Yaradılmış alqoritm fərqli materialların mürəkkəb şərtlərdə necə davranacağını saniyələr ərzində və yüksək dəqiqliklə proqnozlaşdırır. Nəticədə, bu rəqəmsal alət mühəndislərə dərhal əsaslandırılmış qərarlar verməyə, qazma zamanı vaxt itkisinin qarşısını almağa və iqtisadi səmərəliliyi artırmağa imkan yaradır.

Məqaləni buradan oxuya bilərsiniz : https://www.mdpi.com/2076-3417/16/11/5459


Paylaş