Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “UI GreenMetric Dünya Universitetləri Reytinqi”nin 2026-cı il üzrənəticələrinin açıqlanması və mükafatlandırma mərasiminə evsahibliyi edəcək. Bununla da ADNSU bu nüfuzlu beynəlxalqtədbirə ev sahibliyi edən dünyanın 17-ci universiteti olacaq.
23–25 sentyabr 2026-cı il tarixlərində ADNSU-da keçiriləcəktədbir beynəlxalq konfrans və mükafatlandırma mərasimiformatında təşkil olunacaq. Tədbirdə dünyanın müxtəlifölkələrindən universitet rəhbərləri, dayanıqlılıq üzrə ekspertlərvə akademik ictimaiyyətin nümayəndələrinin iştirakı gözlənilir.
UI GreenMetric Dünya Universitetləri Reytinqi universitetlərinkampus dayanıqlılığı və ekoloji idarəetmə sahəsində fəaliyyətiniqiymətləndirən nüfuzlu beynəlxalq platformadır. Reytinqçərçivəsində ali təhsil müəssisələrinin enerji və iqlim dəyişikliyi, su idarəçiliyi, tullantıların idarə olunması, nəqliyyat, kampusinfrastrukturu və yaşıl məkanlar, təhsil və tədqiqat, eləcə dəidarəetmə və rəqəmsallaşma sahələrindəki göstəriciləridəyərləndirilir.
Qeyd edək ki, ADNSU son illərdə dayanıqlı inkişaf və yaşıluniversitet modelinin formalaşdırılması istiqamətində həyatakeçirdiyi təşəbbüslərlə beynəlxalq reytinqdə mövqeyiniəhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Universitet 2024-cü ildə UI GreenMetric Dünya Universitetləri Reytinqində dünya üzrə 788-ci, ölkə üzrə isə 5-ci yerdə qərarlaşıb. 2025-ci ildə isə ADNSU dünya sıralamasında 622-ci yerə yüksələrək mühüm irəliləyişəldə edib və ölkə üzrə 5-ci mövqeyini qoruyub saxlayıb.
“UI GreenMetric Dünya Universitetləri Reytinqi”ninnəticələrinin açıqlanması mərasiminin ADNSU-da keçirilməsiuniversitetin dayanıqlı inkişaf, yaşıl transformasiya vəbeynəlxalq əməkdaşlıq istiqamətlərində əldə etdiyi nailiyyətlərinnövbəti beynəlxalq təsdiqi olmaqla yanaşı, Azərbaycanın alitəhsil sisteminin qlobal dayanıqlılıq gündəliyində artan rolunungöstəricisidir.